“Geniş auditoriya toplayırıq”
23.07.2013 - 23:15
“Geniş auditoriya toplayırıq”
London “Çelsi”sinin baş məşqçisi Joze Mourinyo İndoneziyada keçirilən mətbuat konfransında Asiyada futbol oynamaqlarına olan sevgisinin səbəblərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis jurnalistlərə cavabında “zadəganlar”ı daha böyük kluba çevirmək istədikləri üçün adada olduqlarını vurğulayıb.

O bildirib ki, “Çelsi” üçün daha geniş auditoriyaya toplayır: “Böyük bir klub olmaq üçün təkcə kuboklar kifayət etmir, daha çox şeyə ehtiyac var. Məsələn, azarkeşlərdən ibarət geniş auditoriyaya. Hansı ki , yeni mövsümdən əvvəl dünya turuna çıxa biləsən. Biz “Çelsi"yə sevgi qazandıraraq daha böyük kluba çevirmək üçün buradayıq”.