“Qarabağ”ı məğlub edib, növbəti mərhələyə keçəcəyik”
24.07.2013 - 00:06
“Qarabağ” qol vurduqdan sonra ən azı oyunun heç-heçə bitməsini istəyirdim. Məğlub olsaq da, Bakıdakı oyunun nəticəsi bizim üçün növbəti tura çıxmağa yaxşı şans yaradıb. Əgər rəqibə minimal hesabla da qalib gəlsək, bu mərhələni adlayacağıq. Düşünürəm ki, elə belə də olacaq.”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avropa Liqasının II təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Pyast”ın yarımmüdafiəçisi Kamil Vilçek deyib.
O, qitə miqyaslı klub turnirində təmsilçimizlə oyunöncəsi fikirlərini bildirib: “Əsas diqqəti meydanın mərkəzinə yönəltməli və orta sahədə hökmranlıq etməyə çalışmalıyıq. Mənə elə gəlir ki, qələbənin açarı da məhz bu ola bilər. Daha yaxşı nəticələrə imza atmaq üçün təbii ki, oyun bitənədək meydanda eyni səviyyədə çıxış etməyimiz vacibdir. Biz buna hazırıq. Azarkeşlər qarşısında mövsümün ilk avrokubok oyununa çıxmaq digər futbolçular kimi, mənim üçün də xüsusi hissdir. Ümid edirəm ki, təcrübəmiz nəticəsində yaxşı nəticə əldə edəcəyik”.

- Fatih Tekkenin istefası qəbul edilmədi – “Trabzonspor”da qaldı
- Fatih Tekke İSTEFA VERDİ
- “Roma” Ostervolde transferindən imtina etdi – Futbolçu “Fənərbaxça”ya qayıdır
- UEFA İnfantinonun FİFA prezidentliyinə namizədliyini dəstəkləməyəcək
- UEFA İnfantinodan əl çəkmir – FIFA prezidentini devirmək üçün yeni plan
0
0