Cihan Özkara yenə Hollandiya komandasına qarşı forma geyindi - FOTO
24.07.2013 - 03:07
Cihan Özkara yenə Hollandiya komandasına qarşı forma geyindi - FOTO
Millimizin hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu “Sivasspor” Hollandiyada təlim-məşq toplanışını davam etdirir. Apasport.az saytının məlumatına görə, Türkiyə klubu sözügedən ölkədə növbəti yoldaşlıq oyununu keçirib.

Sivas təmsilçisinin rəqibi yenə yerli “Qrafshap” olub. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Bu matçda Özkara da forma geyinib. Baş məşqçi Roberto Karlos Cihana start heyətdə şans verib.

Qeyd edək ki, yığmamızın üzvü bundan əvvə yerli “Neymeqen”lə (0:2) matçda da də meydana çıxmışdı.