Şamil Qurbanov 1 dəqiqə oynadı
24.07.2013 - 05:17
Şamil Qurbanov 1 dəqiqə oynadı
Rusiya I divizionunda IV turun növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, millimizin üzvü Şamil Qurbanovun heyətində çıxış etdiyi “Baltika” doğma azarkeşləri önündə Nazran “Аnquşt”unu qonaq edib.

Görüşdə meydan sahibləri minimal hesabla qələbə qazanıb – 1:0.

Matçda Qurbanov da iştirak edib. Şamil oyunun 89-cu dəqiqəsində Dmitri Stoskiyin əvəzinə meydana daxil olub.

Qeyd edək ki, “Baltika” 4 qarşılaşmadan 5 xal toplayıb və turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.