Kiyev “Dinamo”sunun qapıçısı Azərbaycandan təklif alıb
24.07.2013 - 08:37
Kiyev “Dinamo”sunun qapıçısı Stanislav Boquş karyerasını Azərbaycanda davam etdirə bilər. Apasport.az saytının Ukrayna mətbuatına istinadən məlumatına görə, uzun müddət zədədən sonra yaxın vaxtda böyük futbola qayıdacaq qapıçın xidmətində “Qəbələ” maraqlıdır. Ona yaxın mənbələr bildirir ki, baş məşqçi Yuri Syomin ”Dinamo”da rəhbərliyi altında oynamış Stanislavı yenidən sərəncamında görmək istəyir. Ukrayna yığmasının sabiq qapıçısı məhz rusiyalı mütəxəssisin dövründə yüksək futbol nümayiş etdirib.
Ancaq futbolçu hələ ki klubumuzun təklifini qəbul etməyə tələsmir. Onun müqaviləsi avqustun 1-də tamam olandan sonra sərbəst oyunçu kimi istənilən kluba keçə bilər. Variantlardan biri vətənində Zaporojye “Metallurq”udur ki, qapıçı məhz orada parlamağa başlayıb.

- Fatih Tekkenin istefası qəbul edilmədi – “Trabzonspor”da qaldı
- Fatih Tekke İSTEFA VERDİ
- “Roma” Ostervolde transferindən imtina etdi – Futbolçu “Fənərbaxça”ya qayıdır
- UEFA İnfantinonun FİFA prezidentliyinə namizədliyini dəstəkləməyəcək
- UEFA İnfantinodan əl çəkmir – FIFA prezidentini devirmək üçün yeni plan
0
0