“Səfərimiz Azərbaycan kimi uzaq ölkəyə olmasa, pulumuz daha çox olacaq”
24.07.2013 - 10:06
“Hazırda Avroliqanın ilk mərhələsini keçdiyimiz üçün bank hesabımıza 1 milyon Norveç kronu əlavə olunub. Bundan başqa, dövlətdən də gəlirlərimiz var. Ancaq bu pulların çoxu səfərlərə və otel xərclərinə gedir”. Apasport.az saytının məlumatına görə, bunu “Tromsö”nün icraçı direktoru Veqard Berq-Yohansen deyib.
Dünən axşam saatlarında Bakıya gələn və Badamdar qəsəbəsindəki 5 ulduzlu “Kempinski” otelində məskunlaşan Norveç klubunun rəsmisi səfərlər zamanı çıxan xərclərdən danışıb. Berq-Yohansen həmçinin “İnter”i keçəcəkləri halda UEFA-dan gələcək gəlirləri də yada salıb: “İnter”i keçsək, nə qədər qazanacağımızı dəqiq deyə bilmərəm. Ancaq deyə bilərəm ki, bizim artıq bir neçə 100 min kronumuz var. Növbəti mərhələyə çıxsaq və səfərimiz Azərbaycan kimi uzaq ölkəyə olmasa, o zaman pulumuz daha çox olacaq”.
Qeyd edək ki, “İnter” – “Tromsö” oyunu sabah Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

- Fatih Tekkenin istefası qəbul edilmədi – “Trabzonspor”da qaldı
- Fatih Tekke İSTEFA VERDİ
- “Roma” Ostervolde transferindən imtina etdi – Futbolçu “Fənərbaxça”ya qayıdır
- UEFA İnfantinonun FİFA prezidentliyinə namizədliyini dəstəkləməyəcək
- UEFA İnfantinodan əl çəkmir – FIFA prezidentini devirmək üçün yeni plan
0
0