Azərbaycan yığması Qırğızıstana gedəcək
24.07.2013 - 10:13
16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Qırğızıstanın paytaxtı Bişkekdə təşkil olunacaq "Dostluq kuboku" turnirində iştirak edəcək. Apasport.az saytının məlumatına görə, avqustun 2-də start götürəcək turnir 8-dək davam edəcək.
Yarışa hazırlıq məqsədilə millimiz iyulun 25-dən avqustun 1-ə qədər təlim-məşq toplanışı keçirəcək. Hazırlıqlar Bakıda baş tutacaq. Toplanışa 20 futbolçu dəvət olunub: Sərxan Əhmədli, Pilağa Mehdiyev, Əli Şirinov (hamısı "Neftçi"), Baxışəli Baxışəliyev, Fərid Əsədli, Amin Seydiyev, Süleyman Süleymanov, Fərid Nəbiyev, Rövlan Muradov, Elvin Dəmirov (hamısı "Qəbələ"), Kamil Akimov ("Qarabağ"), Yusif Cəfərov, Emil Əliyev, Nicat Süleymanov, Yaşar Quliyev (hamısı "Bakı"), Elçin Əliyev, Adəm Əsgərov (hər ikisi "Əlincə"), Vüsal Buludlu ("Sumqayıt"), Tusif Yaqubzadə ("Tambov", Rusiya), Oktay Kazan("First Vienna", Avstriya).
Mənbə: affa.az

- Fatih Tekkenin istefası qəbul edilmədi – “Trabzonspor”da qaldı
- Fatih Tekke İSTEFA VERDİ
- “Roma” Ostervolde transferindən imtina etdi – Futbolçu “Fənərbaxça”ya qayıdır
- UEFA İnfantinonun FİFA prezidentliyinə namizədliyini dəstəkləməyəcək
- UEFA İnfantinodan əl çəkmir – FIFA prezidentini devirmək üçün yeni plan
0
0