Avropanın 7 ZƏİFindən biri: “Neftçi” 3 məqamda seçildi
24.07.2013 - 11:24
Avropanın 7 ZƏİFindən biri: “Neftçi” 3 məqamda seçildi
Çempionlar Liqasında çıxışını erkən başa vuran “Neftçi” uğursuzluqla yadda qaldı. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” UEFA-nın bu günə olan hesablamalarına əsasən Avropada mənfi mənada fərqləniblər.

Albaniyanın “Skenderbeu” klubu ilə baş tutan 2 görüşdən (0:0, 0:1) sonra bakılılar 3 göstərici ilə Avropada iz qoyublar.

Belə ki, “Neftçi” Çempionlar Liqasının cari mövsümündə meydana çıxan, amma qol vurmayan 7 zəifdən biridir.

Çempionumuz kimi “Fola” (Lüksemburq), BATE (Belarus), “Kliftonvill” (Şimali İrlandiya), “Sliqo Rovers” (İrlandiya), “Birkirkara” (Malta) və “Maribor”la (Sloveniya) eyni sırada duran “ağ-qaralar”dan fərqli, sonuncu 2 klub bu gün qol hesabını aça bilər.

2 matçda 9 sarı vərəqə alan komanda bu göstəricidə Avropanın 3-cü çempiondur. Yalnız Farer adalarının “Streymur” (12) və İslandiyanın “Hafnardyordur” (10) klubları daha çox xəbərdarlıq alıb. Lakin sonuncular “Neftçi”dən fərqli, qırmızı görməyib. 210 dəqiqə ərzində 25 qayda pozuntusuna yol verən çempionumuz bu göstəricidə turnirin 11-cisidir.