Korça fiaskosu, 20-ci məğlubiyyət, yenilənən rekord...
24.07.2013 - 11:57
“Neftçi” avrokuboklarda yubiley məğlubiyyətini alıb. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının II təsnifat mərhələsində Korçada “Skenderbeu” klubuna 0:1 hesabı ilə yenilən paytaxt futbolçuları qitə miqyaslı turnirlərdə 20-ci dəfə meydanı başıaşağı tərk ediblər.
Azərbaycanın Avropada ən çox uduzan komandası buna 44-cü oyununda çatıb. 1995-ci ildə avrokuboklarda debüt edən “ağ-qaralar” 18 ildə cəmi 12 qələbə qazanıb və eyni sayda heç-heçəyə sevinib. 20-ci məğlubiyyət 38 qol vuran çempionumuzun 71-ci qolu buraxması ilə başa çatdı.
Buraxılan 71-ci qol ev komandası kimi tanınan “Neftçi”nin səfərdə buraxdığı 55-ci qoldur. Komandanın kapitanı Rəşad Sadiqov isə avrokuboklarda 45-ci matçına çıxmaqla, özünün sahibi olduğu Azərbaycan rekordunu yeniləyib.
Qeyd olunan yubileylərdən başqa bakılılar həm də avrokubok mövsümünü qolsuz başa vurmaqla yadda qaldılar. Son 5 ildə 4-cü dəfədir Azərbaycan klubu qitə miqyaslı turnirdən belə ayrılır.
2009/10 mövsümündə “Simurq”, 2 il sonra “Neftçi”, ötən il “Bakı” da belə bərbad çıxış etmişdi. Bu müddətdə 2-ci dəfə qola həsrət qalan Böyükağa Hacıyevin yetirmələri son illərdə adət etdiyi kimi yenə də gücünü elə 1 matçda 8 top vurduğu “Sumqayıt” və bu tip komandalarımıza göstərəcək.

- Fatih Tekkenin istefası qəbul edilmədi – “Trabzonspor”da qaldı
- Fatih Tekke İSTEFA VERDİ
- “Roma” Ostervolde transferindən imtina etdi – Futbolçu “Fənərbaxça”ya qayıdır
- UEFA İnfantinonun FİFA prezidentliyinə namizədliyini dəstəkləməyəcək
- UEFA İnfantinodan əl çəkmir – FIFA prezidentini devirmək üçün yeni plan
0
0