“Neftçi”nin Güloğlanı, yaxud Elnurla Arazı da qaytarın!
24.07.2013 - 12:41
Ötən mövsüm ölkə səviyyəsində xariqələr yaradan “Neftçi”nin sehrli çubuğu “Skenderbeu” ilə oyunlarda işləmədi. Ramazan ayında 2 müsəlman komandasından albanların qalib gəlməsi ən ədalətli nəticə idi...
Ona görə yox ki, matçın əlavə 30 dəqiqəsi zamanı sağ, sol və mərkəzdən “Neftçi”nin qapısı “proxodnoy dvor”a çevrilmişdi. Və ona görə yox ki, “Neftçi” futbolçuları Bakı və Korçada 90 dəqiqə ərzində zərbə vurarkən “çərçivə”dən başqa hər şeyə düşməyi bacarırdı. Bunu təhlilçi həmkarlarımın öhdəsinə buraxıram. Onlar “Neftçi”nin buraxdığı səhvləri, “Skenderbeu”nun baş məşqçisi Mirel Yosanın təmsilçimizi daha yaxşı əzbərlədiyini məndən daha yaxşı bilərlər. Mənim işim isə bir az materialist nöqteyi-nəzərdən “Neftçi”nin yenilgisinə baş qoşmaqdır.
Oyundan əvvəl də, sonra da stadionda Güloğlan Cabbarov görünürdü. Əcəba, bu həmin məşhur Cabbarov idi? “Xəzər Lənkəran”la kubokun finalında Kamran Abdullazadəni al qana boyayan, Radomir Todorov üzərində öyrəndiyi karate fəndinin incəliyini göstərən həmin Cabbarov?
Diqqətlə baxdım ekrana. Bəli, həmin şəxs. Düşünmək olardı ki, təxminən 1 il “Neftçi”də işlədiyi vaxtdan bu komandaya sevgisi qalıb və bu sevgi onu azarkeş kimi Albaniyaya gətirib. Ancaq əynindəki geyim Tahir Süleymanov və Mübariz Xudiyevinkindən fərqlənmirdi. Süleymanovla yanaşı dəst geyinmişdilər. Üzərlərində də “Neftçi”nin loqosu göz oxşayırdı.
Maraqlıdır ki, “Skenderbeu”nun prezidenti Ardian Takayın yanında da Sadıq Sadıqov yox, bu 2 şəxs oturmuşdu. Görünən odu ki, Güloğlan əfv olunub. Özü də elə əfv olunub ki, rəqib klub rəhbərliyinin sırasında oturmaq səlahiyyətinə yiyələnib.
Halbuki, onun komandanın sıralarında olmamağı, bir az da dərinə getsək, dəmir qəfəslər arasında olması gərəkmirdi? Görünür, “Neftçi” ilk oyundan sonrakı nəticədən sonra Cabbarovsuz, daha doğrusu, futbolçulara karate fəndləri öyrədilmədən uğur qazanmağın mümkünsüz olduğunu anlayıb. İnanmırsınızsa, İqor Mitreskinin Pero Peyiçə qarşı sürüşmə fəndinə baxın və fəndin bu qəbildən olduğunu görün.
Ancaq bundan sonra kimi gətirsən də xeyri yoxdur. Uğur çoxdan arxada qalıb. Allah görür və cəzanı verir. Ötən il yanvara kimi Avroliqanın qrupunda oynayan komanda 12 görüş keçirmişdisə, indi cəmi 2 qarşılaşmayla mübarizəni dayandırır.
Yuxarıdakı sözlərimə fikir verməyin. İşdən çıxarılan insanı nə üzlə geri qaytarmaq olduğunu hələ də anlaya bilmirəm. Onda Elnurla Arazı da qaytarın!
Səbuhi TOFİQOĞLU

- Fatih Tekkenin istefası qəbul edilmədi – “Trabzonspor”da qaldı
- Fatih Tekke İSTEFA VERDİ
- “Roma” Ostervolde transferindən imtina etdi – Futbolçu “Fənərbaxça”ya qayıdır
- UEFA İnfantinonun FİFA prezidentliyinə namizədliyini dəstəkləməyəcək
- UEFA İnfantinodan əl çəkmir – FIFA prezidentini devirmək üçün yeni plan
0
0