“Neftçi”yə vurduğum qolu ailəmə həsr edirəm”
24.07.2013 - 13:48
“Mən arzumuzun həyata keçməyinə görə Allaha minnətdaram. III təsnifat mərhələsindəyik və bu, bizim üçün xüsusi bir şeydir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Albaniyanın “Skenderbeu” klubunun futbolçusu Nuredin Orelesi deyib.
Çempionlar Liqasının III təsnifat mərhələsində “Neftçi”yə 1:0 hesabı ilə qalib gəldikləri cavab matçının 116-cı dəqiqəsində qələbə topunu vuran nigeriyalı legioner çempionluğa layiq olduqlarını bir daha sübut etdiklərini bildirib: “Matçın əvvəlində nəzarəti ələ keçirdik. İkinci hissənin bir az rəqibin təzyiqi ilə üzləşdik, ancaq yenidən özümüzdə güc tapıb, oyunda fərq yaratdıq. Bu, komandamızın keyfiyyətini göstərir. Biz təcrübə hesabına qazandıq ki, bu, Avropada vacib oyunlarda özünü göstərir. Adətən rəqib qırmızı vərəqə alandan sonra təzyiq güclənir və bizə bir az asan idi”.
Qoladək çoxlu hücumlar etdiklərini deyən orta sahə oyunçusu qolundan da danışıb: “Mən qol vurduğuma görə sevinirəm. Ancaq fürsətdən istifadə edərək, bunu öz ailəmə həsr etmək istəyirəm. Əlbəttə, prezidentimiz və super atmosferdə bizi dəstəkləyən bütün azarkeşlərimizə də minnətdarıq”.

- Fatih Tekkenin istefası qəbul edilmədi – “Trabzonspor”da qaldı
- Fatih Tekke İSTEFA VERDİ
- “Roma” Ostervolde transferindən imtina etdi – Futbolçu “Fənərbaxça”ya qayıdır
- UEFA İnfantinonun FİFA prezidentliyinə namizədliyini dəstəkləməyəcək
- UEFA İnfantinodan əl çəkmir – FIFA prezidentini devirmək üçün yeni plan
0
0