“Xəzər Lənkəran” rüsvayçı hesabla uduzdu
25.07.2013 - 21:44
Bu gün Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, qitə miqyaslı klub turnirində mübarizə aparan təmsilçimiz “Xəzər Lənkəran” doğma azarkeşləri önündə revanş matçına çıxıb.
Belə ki, baş məşqçi Con Toşakın yetirmələri ilk görüşdə 2 cavabsız topla məğlub olduqları İsrail “Makkabi”sini sınağa çəkib. Növbəti mərhələyə keçmək üçün cənublulara bu qarşılaşmada mütləq qələbə lazım idi ki, Avropa Liqasında yoluna davam eləsin.
Lakin Lənkəran şəhər stadionunda baş tutan oyunda “ağ-yaşıllar” biabırçı hesabla uduzub. Görüş 8:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb.
Qeyd edək ki, “Makkabi” III təsnifat mərhələsində Latviyanın “Ventspils” klubu ilə qarşılaşacaq.
Avropa Liqası
II təsnifat mərhələsi (cavab oyunu)
25 iyul
“Xəzər Lənkəran” (AZƏRBAYCAN) – “Makkabi” (İsrail) - 0:8
QOLLAR: Alon Turgeman, 7; Yaniv Katan, 10, Ruben Rayos, 13 (penaltidən); 62, Şimon Abuhazira, 26; 44, Hen Ezra, 41, Eyal Qolasa, 76
İlk oyun – 0:2
Baş hakim: Danni Makkeli (Hollandiya)
Lənkəran. Mərkəzi şəhər stadionu
Xəzər Lənkəran: 30. Toni Doblas, 5. Elnur Allahverdiyev, 21. Radomir Todorov, 27. Adrian Skarlatake, 6. Rasim Ramaldanov, 9. Uğur Pamuk, 11. Zohair Benouahi, 14. Rahid Əmirquliyev (k), 16. Adrian Pit, 99. Marin Orsuliç, 12. Junior Nildo
Ehtiyat oyunçular: 25. Orxan Sadıqlı, 4. Alvaro Silva, 8. Eder Bonfim, 7. Sadio Tounkara, 23. Nikola Qliqorov, 17. Kazım Kazımlı, Ağabala Ramazanov
Baş məşqçi: Con Toşak
Makkabi: 33. Boyan Şaranov, 13. Taleb Tvatiha, 18. Elad Qabai, 21. Dekel Keynan, 7. Qustavo Bokkoli, 8. Hen Ezra, 10. Ruben Rayos, 25. Edin Kokaliç, 17. Alon Turgeman, 19. Şimon Abuhazira, 20. Yaniv Katan (k)
Ehtiyat oyunçular: 22. Amir Edri, 3. Samuel Şeymann, 29. Andrey Pilyavski, 15. Eyal Qolasa, 26. Avihay Yadin, 14. Sintayehu Sallalix, 16. İsmail Rayyan
Baş məşqçi: Arik Benado
Komandalar meydana çıxır. “Xəzər Lənkəran” Hayfada olduğu kimi ağ, “Makkabi” isə bu dəfə qara formada mübarizə aparacaq.
Hakimin start fiti. Topa ilk zərbəni meydan sahibləri vurur.
“Xəzər” ilk hücumdaca hesabı aça bilərdi. Benouahi qapıçı ilə təkbətək vəziyyətdə topu tirə vurur.
Doblas hakimin qərarına etiraz etdiyi üçün sarı vərəqə ilə cəzalandırılır.
Doblas Talebin cərimə meydançası daxilindən zərbəsini tutmaqda çətinlik çəkmir.
Hesab açılır. Turgeman komandası irəli çıxarır.
Ramaldanov Şimona qarşı kobud oynayır. Rəqib təhlükəli nöqtədən cərimə zərbəsi vurur.
“Makkabi” ikinci qolu vurur. Bu dəfə Yaniv Katan fərqlənir.
Lənkəran şokda. “Makkabi” meydan sahiblərini yenə cəzalandırır. Bu dəfə penaltidən Ruben Rayos Doblasa şans vermir.
Azarkeşlər Toşakı istefaya səsləyirlər.
Orsuliçin zərbəsi müdafiəçiyə dəyib kornerə çıxır.
Pitin qapı qarşısına ötürməsinə qolkiper Nildodan daha tez çatır.
“Makkabi” fərqi yenə artırır. Şimon Abuhazira möhtəşəm zərbə ilə 4-cü qolu vurur. Azarkeşlər isə Toşakı yenidən istefaya çağırır.
“Makkabi” beşinci qolu vurmağa yaxın olur. Künc zərbəsindən sonra Turgemanın zərbəsi qapı çatına dəyib meydandan çıxır.
Doblas Şimonun elə də qüvvətli alınmayan zərbəsini tutur.
Pit qapı qarşısında olan Nildoya ideal ötürmə verir. Amma braziliyalı legioner qapıya dəqiq zərbə vura bilmədi.
Hesab yenə dəyişdi - 0:5. Hen Ezra hesabı biabırçı həddə çatdırır.
Hesabdan hiddətlənən fanatlar “Rednik, Rednik” şüarları səsləndirir.
“Xəzər Lənkəran” daha bir ağır zərbə alır. 44-cü dəqiqədə “Makkabi” Katanın qoluyla fərqi daha da artırır - 0:6.
Fasilə.
“Xəzər” ikinci hissəyə əvəzetməylə başlayır. Doblas Orxan Sadıqlı, Skarlatake isə Alvaro Silva ilə əvəzlənir.
Orsuliç sarı vərəqə ilə cəzəlandırlır.
Uğurun zərbəsi qapıdan aralı keçir.
Azarkeşlər meydana kənar əşyalar atır.
Silvanın kornerdən sonra qapıya zərbəsi dəqiq olmadı.
Azarkeşlərlə polislər arasında qalmaqal düşür. Asayiş keşikçiləri onları sakitləşdirə bilmirlər. Fanatlar isə durmadan yenidən Toşakı istefaya səsləyirlər.
Qliqorov Benouahini əvəzləyir.
Ruben Rayosun zərbəsi Alvaroya çarpıb qapıdan keçir.
Azarkeşlər meydana daxil olmaq istəyir. Daxili Qoşunların əsgərləri onların qarşısnda canlı sədd çəkiblər.
Ruben Rayosun əvəzinə meydana Eyal Qolasa çıxır.
Elnur Allahverdiyev rəqibi yıxdığı üçün qarşısında sarı vərəqə görür.
Lənkəran stadionunda 8-ci qol. Hen Ezra fərqlənir.
İndiyədək heç bir komandamız avrokuboklarda keçirdiyi ev oyununda bu hesabla yenilməyib.
“Makkabi” təhlükəli nöqtədən cərimə zərbəsi vurur. Orxan iki cəhddə topa sahib olur.
Oyun başa çatdı. “Xəzər Lənkəran” rüsvayçı hesabla uduzdu.

0
0