“Qarabağ” növbəti mərhələdə!
25.07.2013 - 22:00
“Qarabağ” növbəti mərhələdə!
Bu gün Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, qitə miqyaslı klub turnirində mübarizə aparan təmsilçimiz “Qarabağ” səfərdə meydana çıxıb.

Polşada “Pyast”ın qonağı olan baş məşqçi Qurban Qurbanovun yetirmələri Tofiq Bəhramov adına Respublika stadionunda qazanılan qələbəni (2:1) qorumağa çalışacaqdı. Ağdamlılar bu dəfə də Qlevitse təmsilçisi qarşısında gücünü göstərib, nəyə qadir olduğunu sübut edib.

Belə ki, “Pyast”ın eyni adlı stadionunda keçirilən oyunda təmsilçimiz istənilən nəticəyə nail olub – 2:2.

Matçda hesabı erkən qolla “Qarabağ” açıb. 8-ci dəqiqədə Leroy Corc yerli azarkeşləri məyus edib. Lakin ağdamlılar üstünlüklərini qorumağı bacarmayıblar. Əvvəlcə 29-cu dəqiqədə Mateuş Matras hesaba tarazlıq gətirib. Qoldan 7 dəqiqə sonra Marçin Robak komandamızı ikinci dəfə mərkəzdən başlamağa məcbur edib. Fasiləyə bu hesabla yollana tərəflər ikinci yarının əsas vaxtında da fərqlənə bilməyiblər və oyuna 30 dəqiqə əlavə edilib. Burada isə İlrix Kapolonqo daha yaxşı oynayaraq “Qarabağ”ın bərabərlik qolunu vurub. Həmçinin bu qol təmsilçimizi növbəti mərhələyə çıxarıb.

Qeyd edək ki, III təsnifat mərhələsində “Qarabağ”ın rəqibi "Gefle" (İsveç) - “Anortosis” (Kipr) cütünün qalibi olacaq. Hazırda İsveç klubu kiprliləri minimal hesabla məğlub edir.

Avropa Liqası
II təsnifat mərhələsi (cavab oyunu)
25 iyul

“Pyast” (Polşa) – “Qarabağ” (AZƏRBAYCAN) - 2:2
QOLLAR: Mateuş Matras, 29, Marçin Robak, 36 - Leroy Corc, 8, İlrix Kapolonqo, 108
İlk oyun – 1:2
Baş hakim: Stanislav Todorov (Bolqarıstan)
Qlivitse. “Pyast” stadionu

Pyast: 29. Yakub Şumski, 3. Çaba Horvat, 4. Mateuş Matras, 14. Adrian Klepçinski, 23. Kristof Krol, 25. Damian Zbozien, 17. Tomaş Podqorski (k), 18. Matey İzvolt, 20. Lukaş Hanzel, 11. Marçin Robak, 22. Ruben Jurado
Ehtiyat oyunçular: 1. Yakub Şmatula, 5. Yan Polak, 10. Kamil Vilçek, 27. Artis Lazdinş, 9. Radoslav Muravski, 13. Tomaş Doçekal, 16. Pavol Çiçman
Baş məşqçi: Marçin Broş

Qarabağ: 89. Miro Varvodiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov (k), 24. Admir Teli, 25. Ansi Aqolli, 9. Reynaldo, 16. Leroy Corc, 20. Riçard Almeyda, 11. Nikolas Gelaşvili, 17. Vüqar Nadirov
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 55. Bədavi Hüseynov, 7. Namiq Yusifov, 10. Muarem Muarem, 18. İlqar Qurbanov, 6. Hacı Əhmədov, 88. İlrix Kapolonqo
Baş məşqçi: Qurban Qurbanov

Oyun başladı.
Meydan sahibləri ilk küncdən zərbəni yerinə yetirdi.
Damian Zbozien oyundan kənar vəziyətə düşdü.
Təmsilçimiz qol arayışındadır.
Reynaldo Matey İzvolta qarşı kobudluqla oynadı.
8-ci dəqiqədə Reynaldonun ötürməsindən sonra Leroy Corc hesabı açdı.
İzvolt küncdən zərbəni yerinə yetirdi.
Reynaldo Zbozienə qarşı kobudluq etdi.
Nadirov hədəfi qaçırdı.
Mateuş Matras Nadirova qarşı kobudluqala oynadı.
Reynaldonun zərbəsi dəqiq olmadı.
“Qarabağ” ikinci qol arayışındadır.
Leroy Corc Zbozienə qarşı təhlükəli oynadı.
Nikolas Gelaşvili fərqi artırmağa yaxın oldu, lain meydan sahiblərinin qapısı yaxşı reaksiya etdi.
23-cü dəqiqədə Ruben Jurado ofsayta düşdü.
“Qarabağ” üçün böyük imkan, lakin Robak Reynaldonu yıxdı.
24-cü dəqiqədə Admir Teli sarı vərəqə ilə cəzalandırıldı.
29-cu dəqiqədə Meydan sahibləri hesabə bərabərləşdirdi.
Təmsilçimiz künc zərbəsini yerinə yetirir.
İzvolt Medvedevə qarşı kobudluq etdi.
36-cı dəqiqədə Robak komandasını önə keçirdi.
Krol Nadirova qarşı kobudluq etdi.
Lukaş Hanzelin zərbəsini qolkiperimiz dəf etdi.
Zbozien Reynaldonu yıxdı.
41-ci dəqiqədə hakim Nikolas Gelaşviliyə sarı vərəqə göstərdi.
Ruben Juradodan daha bir təhlükəli zərbə, lakin top qapıya getmədi.
Mateuş Matras Corca qarşı kobudluq etdi.
Aqolli hədəf qaçırdı.
İlk hissə başa çatdı.

Fasilə.

İkinci yarıya start verildi.
Adrian Klepçinski Corca qarşı kobudluq etdi.
Corc oyundankənar vəziyyətə düşdü.
Matey İzvoltun zərbəsi bizim üçün təhlükəli oldu.
Corc küncdən zərbəni yerinə yetirir.
Rəqib qol vurmağa yaxın oldu, lain polşalılar fərqlənə bilmədilər.
Podqorski Nadirova qarşı kobudluq etdi.
Rəşad Sadıqov küncdən zərbəni yerinə yetirdi.
57-ci dəqiqədə Mateuş Matrasa hakim sarı vərəqə göstərdi.
1 dəqiqə sonra hakim Riçard Almeydanı da sarı vərəqə ilə cəzalandırdı.
63-cü dəqiqədə Leroy Corcun yerinə meydana Namiq Yusifov daxil oldu.
Nadirov ələ düşən fürsətdən istifadə edə bilmədi.
Rəqibin heyətində Artis Lazdinş Ruben Juradonu əvəzlədi.
Matrasın zərbəsini təmsilçimizin qapıçısı dəf etdi.
İzvolt Yusifova qarşı kobudluqla oynadı.
74-cü dəqiqədə Tomaş Doçekal Lukaş Hanzelin yerinə meydana daxil oldu.
76-cı dəqiqədə ağdamlıların heyətində oyunçu dəyikliyi baş tutdu. Bədavi Hüseynov Vüqar Nadirovu əvəzlədi.
Meydan sahibləri künc zərbəsini yerinə yetirdi.
İzvolt Qarayevə qarşı kobudluq etdi.
84-cü dəqiqədə Robakın zərbəsini Miro Varvodiç dəf etdi.
85-ci dəqiqədə İlrix Kapolonqo Nikolas Gelaşvilinin yerinə meydana daxil oldu.
90+1-ci dəqiqəd Robak ofsayta düşdü.
Oyunun əsas vaxtı başa çatdı.
Əlavə vaxt başladı.
95-ci dəqiqədə Pavol Çiçman Matey İzvoltun yerinə meydana daxil oldu.
Almeyda künc zərbəsini yerinə yetirdi.
Sadıqov hədəfi qaçırdı.
İlk 15 dəqiqə başa çatdı.
Son 15 dəqiqə başladı.
107-ci dəqiqədə Tomaş Doçekal ofsayta düşdü.
108-ci dəqiqədə təmsilçimiz hesabı bərabərləşdirdi.
Doçekal hədəfi qaçırdı, təmsilçimiz üçün hər şey yaxşı qurtardı.
İlrix Kapolonqo dubl etməyə yaxin oldu, lakin onun zərbəsi dəqiq olmadı.
“Pyast” küncdən zərbəni yerinə yetirir.
118-ci dəqiqədə hakim Varvodiçə sarı vərəqə göstərdi.
Təmsilçimiz üçün son şans.

Oyun 2:2 hesabı ilə başa çatdı. “Qarabağ” növbəti mərhələyə keçdi.