“İnter”dən faydasız qələbə
25.07.2013 - 21:55
Bu gün Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, qitə miqyaslı klub turnirində mübarizə aparan təmsilçimiz “İnter” doğma publika önündə “Tromse”dən revanş almağa cəhd edib.
Belə ki, “bankirlər” Norveçdə qapısından buraxdıqları 2 cavabsız topun əvəzini çıxmaq üçün mübarizə aparıb. Lakin Kaxaber Sxadadzenin yetirmələri vəzifənin yalnız yarısının öhdəsindən gəlib.
Baş məşqçinin oğlu Baçananın vurduğu top bakılılara minimal hesablı qələbə qazandırıb. Lakin bu qələbə təsəllidən başqa bir şey olmayıb. Təmsilçimiz yalnız reytinq xalı qazanıb. Mərhələ keçmək baxımından isə bu qələbə faydasız olub.
Qeyd edək ki, “İnter” I təsnifat mərhələsində Finlandiya “Mariehamn”ını turnirdən uzaqlaşdırdı - 1:1, 0:2.
Avropa Liqası
II təsnifat mərhələsi (cavab oyunu)
25 iyul
“İnter” (AZƏRBAYCAN) – “Tromse” (Norveç) - 1:0
QOL: Baçana Sxadadze, 76
Baş hakim: Eli Haçmon (İsrail)
Bakı. “Bayıl Arena”
İNTER: 1. Georgi Lomaya, 3. Laşa Salukvadze, 7. Ruslan Əmircanov, 20. Brüs Abdulay, 5. Slavço Georgiyevski,11. Asif Məmmədov, 8. Mikel Alvaro, 9. Aleksandr İaşvili, 70. Vaqif Cavadov (k), 21. Flavio Bek, 21. Arif Daşdəmirov.
Ehtiyat oyunçular: 25. Səlahət Ağayev, 10. Daniel Genov, 4. İvan Benites, 6. Samir Zərgərov, 28. Baçana Sxadadze, 33. Matiya Şpiçiç.
Baş məşqçi: Kaxaber Sxadadze
TROMSE: 1. Markus Salman, 3. Yaroslav Foyut, 6. Adnan Kauseviç, 7. Miika Koppinen (k), 8. Tomas Bendiksen, 15. Maqnus Andersen, 17. Remi Yohansen, 18. Yoş Pritkard, 4. Ruben Kristiansen, 13. Zdenek Ondraşek, 22. Saliou Çiss
Ehtiyat oyunçular: 27. Benni Lekstöm, 14. Hans Norbye, 10. Tomas Draq, 16. Lars Yonsen, 5. Morten Moldskred, 20. Matias Yonsen, 28. Aleksandr Priyoviç.
Baş məşqçi: Aqnar Kristensen
Oyun başladı.
Asif rəqibə qarşı kobudluq edir.
Norveçlilərin hücumu qapı önünə ötürmə ilə nəticələnir. Bakılıların bəxti gətirir ki, ötürməni tamamlayan olmur.
Futbolçularımız hücum təşkil edir. Georgiyevskinin ötürməsindən sonra Asifin baş zərbəsi təhlükəli alınsa da qapıçı tutur.
Yenə qonaqların qapıçısı iş başındadır. Bu dəfə qolkiper İaşvilinin zərbəsini tutdu.
İaşviliyə qarşı qayda pozuntusundan sonra Cavadovun cərimə zərbəsini gürcünün özü tamamladı. Lakin top qapı tirinin üstündən keçdi.
Cavadovun baş zərbəsini qapıçı dəf etdi.
Vaqif cərimə zərbəsi qazandı. Əmircanovun zərbəsini tutmaq qapıçı üçün çətin olmadı.
Flavio fəallığı ilə seçilir. Onun güclü zərbəsi qapının üstündən keçdi.
Oyunda ilk sarı vərəqə. Norveçlilərin müdafiəçisi Foyut cəzalandı.
Təmsilçimizin hücumlarının kəsəri azalıb. Topa nəzarət edən bakılılar ciddi təhlükə yarada bilmir.
Bakılılar cərimə meydanı və onun yaxınlığında qısa ötürmələrə üstünlük verir və qapıya zərbə endirmirlər. Ardıcıl bir neçə hücumu beləcə boşa verən komanda qol axtarışını davam etdirir.
Asif hücumda qaydanı pozdu.
Bakılılar təhlükə yarada bilmir.
Norveçlilər cərimə zərbəsi vurdu.
Az sonra Koppinenin uzaq zərbəsi qapının üstündən keçdi.
İlk yarıya 2 dəqiqə əlavə edildi.
ilk hissə başa çatdı.
İkinci hissə başladı.
Kaxaber Sxadadze oğlunu meydana buraxır. Baçana Cavadovu əvəzlədi.
Əmircanovun güclü zərbəsi müdafiəçidən döndü.
Baçana ofsayda düşdü.
Bakılılar hücum zamanı dəqiq oynaya bilmir, səhvlərə yol verir.
İaşvilinin qayda pozuntusundan sonra Siss təhlükəli nöqtədən cərimə zərbəsi endirdi. Amma top düz Lomayanın üstünə getdi.
Skandinaviyalılar ikinci yarıda daha fəaldır.
Cərimə zərbəsindən sonra İaşvilinin zərbəsi qapıçının üstünə istiqamətlənir.
Baçana yenə oyundankənar vəziyyətə düşür.
Komandalar ardıcıl səhvlərlə topu bir-birinə verir.
Bakılılar hücumu gücləndirir. Asifin yerinə Genov meydana çıxır.
Abdullaye təmiz sürüşmə fəndi ilə rəqibin qapıçı ilə üz-üzə qalmasına imkan vermədi.
İaşvili qaydanı pozur.
Qonaqlar əvəzetmə edir. Pritçard Yonsenin yerinə meydana daxil olur.
Genovun zərbəsi alınmadı.
Genov kobudluq edir.
Flavio qaydanı pozur
Bakılılar rəqibi yalnız kobudluqla saxlamaqda.
QOOOL. Cərimə meydanına ötürmədən sonra Əmircanovun zərbəsi müdafiəçidən döndü. Topa yiyələnən Baçana hesabı açdı - 1:0.
Baçana hücum zamanı qaydanı pozdu.
Növbəti qayda pozuntusu isə ona sarı vərəqə bahasına başa gəlir.
Genovdan qayda pozuntusu.
İaşvili Zərgərovla əvəzləndi.
Bakılıların hücumları fayda vermir.
Qonaqlar hər vəchlə oyunu uzadır.
Son saniyələrdə “İnter” qol imkanını qaçırır. Zərgərov ümumi hesabı bərabərləşdirmək imkanını əldən verir.
Oyun başa çatdı. Paytaxt təmsilçisi mübarizəni qələbə ilə dayandırdı.

0
0