“Əgər “Skenderbeu” “Neftçi”yə qalib gəlibsə...”
25.07.2013 - 08:39
“Əgər “Skenderbeu” “Neftçi”yə qalib gəlibsə...”
“Şaxtyor”un “Skenderbeu” ilə oyunda şansları bərabərdir. Çünki Albaniya klubunda çox yaxşı kollektiv var”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Qazaxıstanın “Şaxtyor” klubunun sabiq futbolçusu Şpetim Babay deyib. Kosovonun yetirməsi, milliyətcə xorvat olan olan 31 yaşlı yarımmüdafiəçi 2008-ci ildə “Şaxtyor”un heyətində çempionatda 8 matç keçirib.

Hazırda Kosovanın “Treptsa” klubunun şərəfini qoruyan Babay turnirin III təsnifat mərhələsinə “Neftçi”ni məğlub etməklə çıxan həmyerlilərinin Qazaxıstan çempionu ilə matçda şanslarını bərabər sayır: “Çox yaxşı təşkilatlanmış komandaya malikdir. Onun Albaniya, Kosova, Makedoniyada rəqibləri yoxdur. Əgər “Neftçi”yə qalib gəlibsə, deməli, güclü rəqibdir. “Şaxtyor”a orda qalib gəlmək üçün çox güc sərf etmək lazım gələcək. Çünki Albaniyada çox çətin olacaq. Artıq 3 ildir ölkə çempionu olan komandanın yaxşı futbolçuları çoxdur. “Şaxtyor” kimi pulu olmasa da, çox yaxşı komandadır. Futbolçular ildə təxminən 120 min avro alır”.