“Rəvan” Sloveniyadan qələbəsiz qayıdır
25.07.2013 - 09:00
Yeni mövsümün hazırlığını Sloveniyada davam etdirən “Rəvan” bu ölkədə sonuncu yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, paytaxt klubu ötən mövsüm Türkiyə Superliqasını XV sırada tamamlamış “Karabükspor”la qarşılaşıb.
Hesabı ilk yarıda “Rəvan”ın baxışda olan legioneri açsa da, Tolunay Kafkasın yetirmələri fasilədən sonra Ahmet İlhan və Hakan Özmərtin qolları önə keçib. Bununla belə təmsilçimiz 62-ci dəqiqədə serbiyalı Miloş Adamoviçin sayəsində hesabı bərabərləşdirib. Görüş 2:2 hesabı ilə başa çatıb.
Qeyd edək ki, “Rəvan” iyulun 15-dən başlayan Sloveniya toplanışı zamanı 4 yoxlama oyununda qüvvəsini sınayıb. “Qırmızı-sarılar” buna qədər Sloveniyanın “Aluminiy” (1:1), Serbiyanın “Donyi Srem” (0:2) və “Çukariçki” klubları (0:0) ilə qarşılaşıb.

0
0