“Qarabağ”la cavab oyununda daha cəsarətli olmalıyıq”
25.07.2013 - 09:04
“Qarabağ”la Qlivitsedəki qarşılaşmada fərqli “Pyast” görəcəksiniz. Biz Bakıdakı kimi oynamayacağıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Polşanın “Pyast” klubunun futbolçusu Tomaş Podqorski deyib.
28 yaşlı yarımmüdafiəçi Avropa Liqasının II təsnifat mərhələsinin bu gün keçiriləcək “Qarabağ”la oyunu haqda fikirlərini açıqlayıb: “Qarabağ”la oyuna adi qaydada hazırlaşmışıq. “Krakoviya” ilə çempionat oyunundan sonra istirahət üçün o qədər də çox vaxtımız olmayıb. Fiziki cəhətdən matça tam hazırıq. Həm də komandamızın ehtiyat futbolçular skamyası genişdir və onların hər biri oyunu gücləndirə bilər. Artıq avrokuboklarda debüt etmişik. İndi isə şəhərimizdə ilk avrokubok matçı baş tutacaq. Azərbaycandakı oyunda qazandığımız təcrübədən yararlanıb daha yaxşı oynayacağıq. Ümid edirəm ki, bununla da mərhələ adlayacağıq. İlk oyuna əsasən plan qurmuşuq. 1:2 hesabı ilə uduzduğumuz həmin görüşdən dərs götürmüşük. İndi buna uyğun planımızı meydanda həyata keçirməliyik. Bakıdakı oyunla müqayisədə daha cəsarətli olmalıyıq. Bu dəfə qol buraxmadan qalib gəlməliyik”.
Qeyd edək ki, bu gün cavab oyununa çıxacaq “Qarabağ” Bakıdakı oyunda “Pyast”ı 2:1 hesabı ilə məğlub edib.

0
0