İvan Pexa Azərbaycana qayıtdı
25.07.2013 - 09:19
Mövsümün gedişində serbiyalı Miloş Zeçeviçlə, mövsüm başa çatdıqdan sonra isə Moldova yığmasının müdafiəçisi Nikolay Orlovski ilə yollarını ayıran “Rəvan” nəhayət ki, arxa xəttin mərkəzinə axtardığı futbolçunu tapıb. Apasport.az saytının məlumatına görə, Bakı klubu “Xəzər Lənkəran”ın sabiq futbolçusu İvan Pexa ilə anlaşıb.
27 yaşlı slovakiyalı futbolçu “Rəvan”ın Sloveniyada keçirdiyi son 2 yoxlama oyununda iş başında olub və baş məşqçi Ramil Əliyev tərəfindən bəyənilib. Əvəzində isə hələ Bakı toplanışı zamanı “Rəvan”ın düşərgəsində olan və müqavilə bağlanılacağı gözlənilən Yovan Vidoviç geri göndərilib. Belə ki, sloveniyalı mərkəz müdafiəçisinin Serbiyanın “Donyi Srem” ilə matçında (0:2) verdiyi kobud səhvlər ona baha başa gəlib.
Qeyd edək ki, İvan Pexa 2009/10 mövsümündə Ağasəlim Mircavadovun vaxtında “Xəzər Lənkəran”da çıxış edib. Slovakiyalı futbolçu cənublularda ümumi 37 oyuna çıxıb. O, “Xəzər Lənkəran”dan ayrıldıqdan sonra karyerasını Belarusun “Neman” klubunda davam etdirirdi. Son 6 ayda heç bir klubda çıxış etməyib.

0
0