Millinin futbolçusunun AZAL-a transferi baş tutmadı
25.07.2013 - 09:56
Tacikistan milli komandasının futbolçusu Sahib Savankulovun AZAL-a keçidi baş tutmayıb. Apasport.az saytının məlumatına görə, 24 yaşlı müdafiəçi 4 yoxlama oyununu keçirdiyi, 1 qol vurduğu bakılılarla müqavilə bağlamağa yaxın olsa da, sonda tərəflər maliyyə şərtlərində razılığa gələ bilməyib. Nəticədə vətəninə qayıdan Sahib karyerasını heyətində 2 dəfə çempion olduğu Düşənbə “İstiqlal”ında davam etdirəcək.
0
0