“Rəvan”da daha 2 yeni futbolçu
25.07.2013 - 10:38
Hazırda Sloveniyadan Bakıya qayıtmaq üzrə olan “Rəvan”ın düşərgəsində 2 yeni futbolçu var. Apasport.az saytının məlumatına görə, bunlardan biri 26 yaşlı ispanmənşəli isveçli futbolçu Sebastian Kastro-Telyodur.
Əvvəlki transfer dönəmlərində də İsveç bazarına üstünlük verməsi ilə seçilən “Rəvan” bu futbolçunu böyük ehtimalla saxlayacaq. Çünki Mindauqas Kalonasın gedişindən sonra bir mərkəz yarımmüdafiəçisi lazım idi. Üstəlik, “Karabükspor”la oyunun 40-cı dəqiqəsində onun gözəl zərbə ilə hesabı açması saxlanmasını zəruriləşdirir.
Bu futbolçu haqda onu qeyd etmək olar ki, Kastro-Telyo İsveçin 1-ci dəstə klubu “Hammarbü”dən gəlib. O, yeni gənc tapıntılar üçün təsis olunmuş "Fotbollsgalan" nominasiyasında qalib olmağa namizədlər arasında olub.
Digər futbolçu isə sol cinah müdafiəsi və yarımmüdafiəsində oynamağı bacaran çexiyalı Zdenek Koukaldır. 29 yaşlı futbolçu ölkəsinin “Banik” klubundan gəlib. Onun karyerası ərzində ilk dəfə ölkəmizdə legioner həyatı yaşamaq imkanı var. Tural Axundovun “Simurq”a keçidindən sonra “Rəvan”da müdafiənin solu hazırda boşdur.

0
0