“Ruslan Abışovun meydana çıxmağı fantastik olardı”
25.07.2013 - 11:27
“Ruslan Abışovun meydana çıxmağı fantastik olardı”
Rusiya mətbuatı Azərbaycan millisinin futbolçusu Ruslan Abışovun Avropa Liqasının II təsnifat mərhələsində Serbiyanın “Yaqodina” klubu ilə bugünkü oyunda meydana çıxmaq şansını dəyərləndirib. Apasport.az saytının məlumatına görə, Kazan təmsilçisi ilk oyunda 3:2 hesabı ilə qalib gəldiyindən cavab matçına az oynayan futbolçularını buraxacağı gözlənilir.

Ancaq rus həmkarlarımız Ruslanın meydanda olacağını az inanırlar: “Müdafiəçi Abışovla yarımmüdafiəçi Qaliullinin meydana çıxmağı fantastik olardı. Azərbaycan və Özbəkistan pasportları olan bu futbolçular öz yığmalarında oynayıblar. Həddən çox şey üst-üstə düşməlidir ki, bu 2 futbolçu heç olmasa şans alsınlar. Onlar M Vila, Ansaldi, Yeryomenko, Natxo, Gökdəniz, Rondon, Navas, Kislyakın və müqavilələrinin arxasında qalıblar”.