Hindistanın mundial keçirmək iddiası Azərbaycanla müqayisə olunmazdı
25.07.2013 - 11:38
Azərbaycanın 2017-ci ildə 17 yaşadək futbolçular arasında yığma komandalar arasında dünya çempionatını keçirməklə bağlı rəqibləri artır. Apasport.az saytının məlumatına görə, son olaraq Hindistan həmin məsul turnirə iddialıdır.
Belə ki, bu ölkə artıq rəsmi müraciətini edib. Bu, baş nazirin FİFA prinsiplərinə uyğun olaraq 2 zəmanət məktubunu imzalamağından sonra gerçəkləşib. Bura təhlükəsizlik və digər təşkilati məsələlər daxildir. Ancaq Hindistanın digər 4 ölkə - Azərbaycanla yanaşı, iddiaçı olan Cənubi Afrika Respublikası, İrlandiya və Özbəkistanın sifariş vərəqələri ilə hələ müqayisə olunmazlığı bildirilir.
Son qərarı FİFA-nın İcraiyyə Komitəsi verəcək ki, məsələyə bu ilin dekabrında baxılacaq.

0
0