Rəşad Sadıqovun yubiley oyunu
25.07.2013 - 13:35
Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunu “Qarabağ”ln kapitanı Rəşad Sadıqov üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, 31 yaşlı müdafiəçi Azərbaycan klublarının heyətində yubiley – 40-cı avrokubok qarşılaşmasına çıxacaq.
Polşa “Pyast”ı ilə bugünkü görüşədək Sadıqov 39 belə matçın iştirakçısı olub. Avrokuboklarda ölkəmizin yalnız 2 klubunun formasını geyən müdafiəçi “Neftçi” və “Qarabağ”la Çempionlar Liqası, UEFA kuboku/Avropa Liqası və İntertoto kuboku matçlarında çıxış edib.
Onun debüt oyunu 2001-ci il avqustun 9-da Bakıda baş tutan “Neftçi” –“HİT Qoritsa” qarşılaşması olub. UEFA kubokundakı həmin oyun qolsuz heç-heçə ilə nəticələnib.
40-cı oyununu keçirəcək Rəşad Azərbaycan klublarının heyətində ən çox oyun keçirən 2-ci oyunçudur. Adaşı Sadiqovdan 6 matç geridə qalan “Qarabağ”ın kapitanı Polşada bu fərqi 5-ə endirəcək. Onun rekorda şərik olması üçün isə ağdamlılar həm bu. həm də növbəti 2 mərhələni keçməli və qrupa yüksəlməlidir.

0
0