“Qəbələ” Macarıstan klubunu məğlub etdi - YENİLƏNİB
25.07.2013 - 20:45
Avstriyada hazırlığını davam etdirən “Qəbələ” bu gün bu ölkədə 2-ci oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, budəfəki rəqib Macarıstanın “Zalaeqerseq” klubu olub.
Avstriya toplanışı zamanı ilk oyununda Türkiyə Superliqa təmsilçisi olan “Gənclərbirliyi”ni (3:1) məğlub edən baş məşqçi Yuri Syominin yetirmələri bu dəfə də rəqibini darmadağın edib – 3:0.
Qeyd edək ki, 1920-ci ildə yaradılan bu klub Macarıstanın qərbində yerləşən Zalaeqerseq şəhərini təmsil edir. 2002-ci ildə yeganə ölkə çempionluğu ilə öyünən “ağ-bənövşəyilər” həmin il Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Mançester Yunayted”i evdə 1:0 hesabı ilə məğlub etməyi bacarmışdı. Macarıstanın 1-ci dəstəsinin “Qərb” zonasında çıxış edən “Zalaeqerseq”ə hazırda 39 yaşlı Şandor Preyzinger baş məşqçilik edir. Xorvatiya, Monteneqro, Sloveniya, Slovakiya və Braziliyadan legionerlər bu komandada forma geyir.
Yoxlama oyunu
Qəbələ (AZƏRBAYCAN) – Zalaeqerseq (Macarıstan) - 3:0
Qollar: Cahangirov, 20, Dodo, 28, Leonardo, 42
Avstriya
"Qəbələ"nin start heyəti:
Dieqo Kosta, Rail Məlikov, Deyan Kelhar, Sadiq Quliyev, Nikola Valentiç, Amit Quluzadə, Tərzin Cahangirov, Elmar Baxşıyev, Lorival Assis, Leonardo da Silva, Viktor Mendi.

0
0