Mika Koppinen: “İnter”ə qarşı ağıllı futbol nümayiş etdirməliyik
25.07.2013 - 14:28
Mika Koppinen: “İnter”ə qarşı ağıllı futbol nümayiş etdirməliyik
“İnter”in bugünkü qarşılaşmada necə oynayacağını bilirik. İlk oyunda 0:2 hesabı ilə uduzduqlarından irəli atılacaqlar”. Apasport.az saytının məlumatına görə, bu sözləri Norveçin “Tromse” klubunun futbolçusu Mika Koppinen deyib.

Komandasının kapitanı olan finlandiyalı legioner Avropa Liqasının II təsnifat mərhələsinin “İnter”lə bu gün Bakıda keçiriləcək oyunu ərəfəsində matç haqda fikirlərini açıqlayıb: “Azərbaycan təmsilçisinin mərhələ adlamaq üçün başqa yolu da yoxdur. Onların bütün qüvvə ilə irəli getməsindən yararlanmalıyıq. Bunun üçün ağıllı futbol nümayiş etdirməliyik. Bu yolla rəqibə cavab verə bilərik”.

Qeyd edək ki, Norveçdəki oyunda meydan sahibləri 2:0 hesabı ilə qalib gəlib.