Ufuk Budak Avstriya çempionuna qarşı oynadı - FOTO
25.07.2013 - 14:40
Milli komandamızın üzvü olan Ufuk Budakın komandası “Əskişəhərspor” Avstriyada ilk yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Türkiyə Superliqasının təmsilçisi son yerli çempion olan Vyana “Austriya”sı ilə qarşılaşıb.
Görüş “Əskişəhərspor”un 3:1 hesablı inamlı qələbəsi ilə başa çatıb. Hesabı 7-ci dəqiqədə Necati Atəş penaltidən açıb. “Əskişəhərspor”dan digər 2 qola “Fənərbaxça”nın sabiq kamerunlu hücumçusu Anri Byenvenyu imza atıb. Ufuk meydana fasilədən sonra daxil olub.
Qeyd edək ki, “Əskişəhərspor” Avstriyada daha 5 yoxlama oyunu keçirəcək.

0
0