“Komandamız çempionata 60-70 faiz hazırdır”
25.07.2013 - 15:14
"Komanda Gürcüstana tam heyətlə yollansaydı, daha yaxşı olardı. Amma nə edə bilərik ki, bəzi səbəblərə görə bunu gerçəkləşdirə bilmədik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov deyib.
Gənc çalışdırıcı mövsümün startı ərəfəsində hazırlıq prosesi haqda fikirlərini klubun rəsmi saytına açıqlayıb: “Gürcüstana 3 qapıçı daxil olmaqla 16 futbolçu ilə yollanmışdıq. Zədəli Samir Abasov və Mirzağa Hüseynpur əməliyyatdan yeni çıxdıqları üçün bizimlə getməmişdilər. Orxan Əliyev və Pərdis Fərcad-Azad isə qonşu ölkədə fərdi məşqlərlə kifayətlənirdi. Biz Gürcüstanda olduğumuz müddətdə rəhbərlik üç əsas futbolçumuz - Ruslan Qurbanov, Slavik Alxasov və Məhəmməd Mirzəbəyovun məsələsini həll etdi. Bu gündən etibarən isə təlim-məşq toplanışının üçüncü mərhələsinə start veririk. Bu mərhələdə daha çox çatışmamazlıqlar üzərində işləyəcəyik. Artıq heyətimiz tam olaraq formalaşıb. Sabahdan etibarən zədəli Samir və Mirzağa yavaş-yavaş komanda ilə birlikdə məşqlərə başlayacaq. Düşünürəm ki, komanda çempionata 60-70 faiz hazırdır. Sabah "Şahdağ"la yoxlama oyunu keçirəcəyik. Bu bizim sonuncu sınaq matçımız olacaq. İnşallah Premyer Liqanın ilk turunda baş tutacaq "Xəzər Lənkəran"la oyuna qədər komandanı hazır vəziyyətə gətirərik".
Məmmədov Gürcüstanda keçirilən təlim-məşq toplanışındakı yoxlama oyunlarından da danışıb: “Gürcüstanda olduğumuz müddətdə gün ərzində iki dəfə olmaqla məşqlərimizi davam etdirdik. Orada həm fiziki, həm də taktiki gedişlər üzərində çalışdıq. Futbolçuların məşqlərdə səylə, ürəklə çalışması məni sevindirən amillərdən idi. Ümumilikdə götürsək, hava şəraiti də bizə normal hazırlıq keçməyimizə yardım etdi. Gürcüstanda olduğumuz müddətdə isə 3 yoxlama oyununda qüvvəmizi sınadıq. İlk oyunda "Mertsxali"ni üstələdik, ardınca Premyer Liqa klubu "Merani” ni məğlub etdik. Son qarşılaşmada isə "Quriya " ilə heç-heçə oynadıq. Hazırlıq oyunlarında futbolçuları müxtəlif mövqelərdə sınadım. Alternativ variantlar üzərində işlədik".

0
0