AFFA-nın İcraiyyə Komitəsinin gündəliyi açıqlandı
25.07.2013 - 15:20
AFFA-nın İcraiyyə Komitəsinin gündəliyi açıqlandı
AFFA-nın İcraiyyə Komitəsinin növbəti yığıncağının vaxtı və gündəliyi açıqlanıb. Apasport.az saytının məlumatına görə, AFFA-nın inzibati binasında baş tutacaq tədbir avqustun 14-də keçiriləcək. Yığıncaq saat 11:00-da başlayacaq.

İclasın gündəliyində 3 əsas məsələ yer alıb. Tədbirdə I Diviziondan Topaz Premyer Liqasına neçə komandanın yüksəlməsinin müəyyənləşdirilməsi əsas müzakirə mövzusu olacaq. Bundan başqa Topaz Premyer Liqasında çıxış edən bütün klublarda Müşahidə Şurasının və ya İcraiyyə Komitəsinin yaradılması məsələsinə də baxılacaq. AFFA tərəfindən 2013-cü ilin martında pilot layihəsi kimi keçirilmiş U-19 Liqasının hesabatı və AFFA-nın U-19 Liqasının yaradılmasının müzakirə edəcək komitənin digər məsələlərə baxması da gözlənilir.