Norveçlilər “İnter” önünə 3 dəyişikliklə çıxır
25.07.2013 - 15:28
Norveçlilər “İnter” önünə 3 dəyişikliklə çıxır
“Tromsö”nün bu gün “İnter”ə qarşı hansı heyətlə çıxacağına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Aqnar Kristensen Norveçdəki oyunla müqayisədə start heyətində 3 dəyişikliyə əl atacaq.

Belə ki, qapını yenə isveçli qapıçı Markus Salman qoruyacaq. Müdafiənin sağında Hans Norbüeni əslən bosniyalı olan Adnan Çauşeviç, solunda isə Tomas Draqeni Ruben Kristiansen əvəzləyəcək. Norveç yığmasının üzvü olan sonuncu Draqedən fərqli, daha çox müdafiəyəmeylli olduğu üçün ona şans veriləcək. Müdafiənin mərkəzində polşalı Yaroslav Foyutla finlandiyalı Miika Koppinen yenə oynayacaq.

3-cü dəyişiklik yarımmüdafiənin mərkəzi ilə bağlıdır. Belə ki, Remi Yohansenin yanında bu dəfə uelsli Coş Pritçard yox, gənc Lars Qunnar Yonsen mübarizə aparacaq. Coşun bu dəfə oynamamasının səbəbi isə yorğunluğu ilə əlaqələndirilir. Tomas Kind Bendiksen, Maqnus Andersen və çexiyalı hücumçu Zdenek Ondraşek isə irəli xətdə qərarlaşacaq.