Bu gün klublarımızı gözləyənlər
25.07.2013 - 16:42
Bu gün keçiriləcək Avropa Liqasının qarşılaşmaları Azərbaycan klubları üçün bəzi yubileylərlə əlamətdar ola bilər. Apasport.az saytının məlumatına görə, II təsnifat mərhələsinin cavab oyunlarına çıxacaq hər 3 təmsilçimiz yubiley ərəfəsindədir.
Avrokuboklarda ən çox qələbə qazanan Azərbaycan klubu olan “Qarabağ” bu göstəricidə 15-ə çata bilər. Bunun üçün ağdamlılar qitə miqyaslı turnirlərdə ardıcıl 5-ci qələbəni qazanmalıdır. Öz meydanında 2:1 hesabı ilə udduğu Polşa “Pyast”ını səfərdə yenəcəyi halda Qurban Qurbanovun yetirmələri 15-ə çatacaq.
“Qarabağ” kimi “Xəzər Lənkəran”da 15-ə çata bilər. Cənublular avrokuboklarda 14 qol vurub ki, növbəti qol yubiley xarakteri daşıyacaq. İsrail “Makkabi”si (Hayfa) ilə qarşılaşmadakı ilk qol bu üzdən əlamətdar olacaq.
“İnter” isə avrokuboklarda 20-ci matçına çıxacaq. Sələfi “Xəzər Universiteti”nin də göstəricilərini nəzərə almaqla bakılılar bu göstəricidə 3-cüdür. Yalnız “Neftçi” ilə “Qarabağ” daha çox oyun keçirib. “Tromse”yə səfərdə 0:2 hesabı ilə uduzan Kaxaber Sxadadzenin yetirmələri evdəki yubileyi qələbə ilə qeyd etməyə çalışacaq.

0
0