AZAL-da isveçli hücumçu – FOTO
25.07.2013 - 17:41
AZAL yeni mövsümün hazırlıqlarını Bakıda davam etdirir. Apasport.az saytının məlumatına görə, baxışa gələn bəzi futbolçuları geri göndərən “təyyarəçilər”in düşərgəsində hazırda yoxlanışda 2 oyunçu var.
Bunlardan biri isveçli hücumçu Freddi Borqdur. 29 yaşlı hücumçu bəyənilərsə, milliyyətcə ilk isveçli biri kimi çempionatımızın tarixinə adını yazdıracaq. Vaxtilə “Rəvan”a təklif olunmuş bu futbolçu ölkəsində “Malmö”, “Höllviken” və “Öster” klublarının şərəfini qoruyub. Borq ötən ildən Almaniyanın aşağı dəstə klublarında çıxış edir. Belə ki, o, “Hanza”, Aaxen “Alemaniya”sı və 3-cü liqa klubu olan “Darmştadt 98”də oynayıb.
AZAL-da baxışda olan digər futbolçu isə konqolu yarımmüdafiəçi Burnel Okana-Stazidir. “10” nömrə funksiyasını icra edən afrikalı oyunçu peşəkar karyerası boyunca Belarusun “Slaviya-Mozır” və Ukraynanın “Stal” klublarında çıxış edib. Donetsk şəhərində yaşayan Okana bəyəniləcəyi halda Brus Abdulay və Ulriş Kapolonqodan sonra ölkəmizdə hazırda oynayan 3-cü konqolu olacaq.
Qeyd edək ki, hər 2 oyunçunun taleyinə bazar günü aydınlıq gələcək. Çünki AZAL iyulun 28-də “Qaradağ Lökbatan”la sonuncu yoxlama oyununu keçirəcək.

0
0