Millimizin üzvü Türkiyə klubuna qarşı oynamadı
25.07.2013 - 18:48
Millimizin üzvü Əli Gökdəmirin komandası “Hannover 96” yeni mövsüm hazırlıqlarını Avstriyada davam etdirir. Apasport.az saytının məlumatına görə, Almaniya klubu növbəti yoldaşlıq görüşündə qüvvəsini sınayıb.
Təmsilçimizin komandasının rəqibi Türkiyənin “Kasımpaşa” klubu olub. Görüşdə Superliqa təmsilçisi minimal hesabla qalib gəlib. Bu oyunda Gökdəmir iştirak etməyib.
Qeyd edək ki, buna qədər Əli “Hannover 96”nın “Berenbostel”ə 17:0, “Krehenvinkel/Kaltenvayde”yə 2:1, “Şlezviq 06”ya 9:1, “Vayxe”yə 4:0, “Ramlingen/Ehlershauzen”ə 5:0, “Kuitt”ə 16:1, “Tselle”yə 8:0 qalib gəldiyi və PSV-yə 0:3 uduzduğu oyunlarda oynamışdı. Yalnız şlezviqlilərlə matçda 90 dəqiqə oynayan Əli qalan qarşılaşmalarda 45 dəqiqə forma geyinmişdi. “Vest Bromviç Albion”la sonuncu keçirilən oyunda isə Gökdəmir zədəli olduğu üçün meydana çıxmayıb.

0
0