“Əskişəhərspor” rəsmisi: AFFA-dan istədiyimiz cavabı ala bilmədik
08.08.2013 - 15:37
“Biz AFFA-ya təşkil edəcəyimiz turnir üçün bir komanda göndərməsini xahiş etmişdik. Ancaq AFFA-dan istədiyimiz cavabı ala bilmədik”. Bunu apasport.az saytına “Əskişəhərspor”un İdarə Heyətinin üzvü və mətbuat xidmətinin rəhbəri Bəkir Sıtkı Saraç deyib.
Əskişəhərdə avqustun 10-11-i tarixlərində beynəlxalq turnir keçiriləcək. Həmin turnirdə meydan sahibi “Əskişəhərspor”la yanaşı, türkdilli respublikalardan klublar da iştirak edəcək. Belə ki, Qazaxıstanın “Vostok”, Türkmənistanın BTTU və Qırğızıstanın “Abdış-Ata” klubları iştirakçılar olacaq.
Bəs görəsən, niyə qardaş ölkədə bizim klublardan biri iştirak etməyəcək? Ümumiyyətlə, “Əskişəhərspor” bunun üçün dəvət göndəribmi? Saraç buna belə aydınlıq gətirdi: “AFFA bizə bunun mümkünsüz olduğunu bildirdi. Çünki sizdə artıq həmin tarixdə çempionat oyunları vardı. Bu üzdən budəfəki turnirdə özümüzə qardaş bildiyimiz Azərbaycandan klub iştirak etməyəcək. Elə Orta Asiya komandalarını da bura dəvət etmək çox çətin alındı. Çünki onlarda da yerli çempionat gedirdi. Ancaq siz heç narahat olmayın, dövrələrarası fasilədə yenə Əskişəhərdə turnir təşkil etməyi planlaşdırmışıq. Bu dəfə çalışacağıq ki, Azərbaycandan bir komanda bu turnirdə iştirak etsin”.
Milli komandamızın müdafiəçisi olan Ufuk Budak məhz bu turnirdə çıxış etdikdən sonra yığmanın düşərgəsinə qoşulacaq. Bu üzdən turnirin reqlamenti də maraq doğurur. “Əskişəhərspor” rəsmisi buna da izah verdi: “Turnir 2 gün ərzində keçirildiyindən ilk oyun günündə qaliblər ertəsi gün final oynayacaq. Ancaq hələ püşkatma atılmadığından sizə ilk oyun günündə kimlərin qarşılaşacağını deyə bilməyəcəyəm. Çünki qonaq komandalar hələ yenicə Əskişəhərə gəlir. Hələ ki, yalnız turnirin proqramı, oyunların saatları məlumdur”.
Səbuhi TOFİQOĞLU

0
0