“Qəbələ”nin digər müdafiəçisi də yığmasına çağırıldı
08.08.2013 - 15:50
 “Qəbələ”nin digər müdafiəçisi də yığmasına çağırıldı
Sloveniyalı Deyan Kelhardan sonra “Qəbələ”nin digər müdafiəçisinin də yığmasından dəvət aldığı məlum olub. Apasport.az saytının əldə etdiyi məlumata görə, Umar Kalaban Qvineya millisindən növbəti dəvəti alıb. 32 yaşlı futbolçu Əlcəzairlə avqustun 14-də baş tutacaq yoldaşlıq oyununda iştirak üçün millisinin düşərgəsinə çağırılıb.

Qeyd edək ki, Kalaban yığmasında ən çox oyun (49) keçirən futbolçudur. Mərkəz müdafiəçisi “Konyaspor” və “İstanbul BB”nin sabiq oyunçusu Kamil Zayattın yoxluğunda kapitan funksiyasını da icra edir.