“Gefle”nin mərhələ keçmək şansı çoxdur” - MÜSAHİBƏ
08.08.2013 - 17:00
“Gefle”nin mərhələ keçmək şansı çoxdur” - MÜSAHİBƏ
İslandiya yığmasının baş məşqçisi Lars Laqerbek “Gefle”nin “Qarabağ”la oyunu öncəsi müsahibə verib. Apasport.az saytının məlumatına görə, 65 yaşlı İsveç millisinin sabiq çalışdırıcısı həmyerlilərinin şanslarını dəyərləndirib.

- Siz “Gefle”nin şanslarını necə dəyərləndirirsiniz?
- Mənim baş məşqçi Pelle Olsson və “Gefle”nin prezidenti Leyf Lindstrandla uzun müddətdir ki, çox yaxşı münasibətlərim var. Çox yaxşıdır ki, onlar Avroliqada bu qədər irəli gediblər. Əlbəttə, “Gefle”nin yoluna davam etməsi əla olardı. Çox müsbət haldır ki, klub Avropada özünə yaxşı imic qazanıb. Onların mərhələ keçmək imkanları var. Bunu “Anortosis”lə oyunda nümayiş etdiriblər. Düşünürəm ki, “Gefle”nin mərhələ keçmək şansı çoxdur və bunu edəcəklərinə ümid edirəm.

- “Gefle” son vaxtlar İsveçin avrokuboklarda uzağa gedən klublarından biridir. Bu haqda nə deyə bilərsiniz?
- Pelle komandanı necə qurmağı bilir. Ona görə də ildən ilə İsveçdə hamını təəccübləndirməyi bacarırlar. Baxmayaraq ki, çempionata pis başladılar, bununla belə, irəliyə böyük bir addım atıblar.

- Bu komanda son dəqiqələrdə buraxdıqları qol sayəsində çoxlu xallar itirib. “Qarabağ”la oyunda da belə oldu. Belə olmasaydı, 8-10 artıq xal qazanmış olardılar…
- Məncə, “Gefle” futbol baxımından irəliyə doğru böyük bir addım atıb. Olsson taktiki sxemi dəyişib və meydançaya ən yaxşı oyunçuları buraxmağı bacarır. Bu da bu komandaya yeni səviyyəyə qaldırıb.

- Bugünkü oyunu izləyəcəksiniz?
- Təəssüf ki, bu oyuna baxa bilməyəcəyəm. Çünki bu gecə “Braydablik”in Qazaxıstanın “Aktobe” klubu ilə oyununu izləmək üçün İslandiyaya gedəcəm. Yoxsa, məmnuniyyətlə izləyərdim.