Fabreqas qərarını açıqladı
08.08.2013 - 18:54
“Mançester Yunayted”in transfer hədəfində olan “Barselona”nın futbolçusu Sesk Fabreqas haqqındakı iddialarla bağlı İspaniya mətbuatına açıqlama verib.
Apasport.az saytının məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi heç bir klubla görüşmədiyini və Kataloniya klubunda xoşbəxt olduğunu deyib: “Burada olduğum üçün çox xoşbəxtəm. Komandamdan ayrılmağı da düşünmürəm. “Mançester Yunayted” kimi bir klubun mənim üçün transfer təklifi göndərməyi sevindirici haldır. Amma onların mənimlə heç bir görüşü olmayıb. “Barselona”ya keçdikdən sonra heç bir klubla görüşməmişəm. Burada özümü dəyərli hiss edirəm. Buraya geri qayıtmaq üçün çox çalışmışdım. Bundan sonra da burada uğur qazanmağı düşünürəm”.
Qeyd edək ki, İspaniya millisinin də üzvü olan Fabreqas 2011-ci ildə İngiltərənin “Arsenal” klubundan “Barselona”ya transfer olunmuşdu. Onun 2016-cı ilə qədər klubu ilə müqaviləsi var.

0
0