“İlk qolu buraxandan sonra isə işimiz lap çətinləşdi”
08.08.2013 - 23:25
“İlk qolu buraxandan sonra isə işimiz lap çətinləşdi”
“Qarabağ”ı qələbə münasibətilə təbrik edirəm. Rəqibimiz çox yaxşı komanda idi. Bu komanda fərdi ustalıq keyfiyyətlərinə malik ifaçılardan təşkil olunub”. Apasport.az saytının məlumatına görə, bu sözləri İsveçin “Gefle” klubunun baş məşqçisi Per Olsson deyib.

Skandinaviyalı mütəxəssis Avropa Liqasının III təsnifat mərhələsinin “Qarabağ”la cavab oyunundakı 0:2 hesablı məğlubiyyətə şərh verib: “Bakıdakı ilk oyunda müdafiə olunurduq. Bu dəfə isə hücum etməyə çalışırdıq. Biz belə oynadıqda rəqibin də işi asan olur. Onlar əks hücum etmək, qol vurmaq imkanı qazanır. İlk qolu buraxandan sonra isə işimiz lap çətinləşdi. Qonaqların bir neçə qol imkanı oldu və bunların ikisindən yararlandı. Ağdam təmsilçisinə Azərbaycan çempionatı və növbəti mərhələdə uğurlar arzulayıram. Ümid edirəm ki, növbəti mərhələdə “Qarabağ”a asan rəqib düşəcək”