3-cü dəfə pley-offa
08.08.2013 - 23:48
3-cü dəfə pley-offa
“Qarabağ” son 5 ildə 3-cü dəfə Avropa Liqasının pley-off mərhələsinə yüksəlib. Apasport.az saytının məlumatına görə, bu mərhələyə yüksələn ilk və yeganə Azərbaycan klubu kimi tarixə düşən Ağdam təmsilçisi İsveçdə “Gefle”ni 2:0 hesabı ilə yenərək bunu bacarıb.

2009/10 mövsümündə digər Skandinaviya təmsilçisi Finlandiya “Honka”sını keçən Qurban Qurbanovun yetirmələri pley-off adlanan IV təsnifat mərhələsində Hollandiya “Tvente”sinə uduzmuşdu – 1:3, 0:0. Növbəti il Polşa “Visla”sını keçən “Qarabağ” Almaniya “Borussiya”sına (Dortmund) yenilmişdi – 0:4, 0:1. 2010-cu ildəki uğurunu 3 ildən sonra təkrarlayan təmsilçimiz III mərhələni 3-cü dəfə keçdi.

Qeyd edək ki, IV təsnifat mərhələsində oynamış digər 2 klubumuz – “Bakı” və “Neftçi” bura Çempionlar Liqasında uduzduqdan sonra yollanıb. Yalnız “Qarabağ” isə IV təsnifat mərhələsinə qələbə ilə yüksəlib.