“Qarabağ”dan 5-ci “dubl”
08.08.2013 - 23:59
“Qarabağ”dan 5-ci “dubl”
Ağdamın “Qarabağ” klubu Avropa Liqasının III təsnifat mərhələsini 2 qələbə ilə keçdi. Apasport.az saytının məlumatına görə, ağdamlılar qitə kuboklarında tarixində 5-ci dəfə eyni rəqibi 2 dəfə məğlub etməyi bacardı. Son 5 mövsümdə qitə arenasına çıxdığı hər dəfə 1 belə uğur əldə olunmuşdu. Bu dəfə isə ikinci “dubl” gerçəkləşdi. 2012/13 mövsümündə isə komanda avrokuboklardan kənar qalıb. Əvvəllər “Honka”, “Visla”, “Banqa” və “Metallurq”u xalsız qoyan təmsilçimiz bu dəfə İsveç “Gefle”sini 2 dəfə – 1:0 və 2:0 hesabı ilə yendi.

Qeyd edək ki, texniki qələbəni saymaq şərtilə 9 (saymamaqla isə 8) dəfə klublarımız “dubl” gerçəkləşdirib. Bunların 5-i “Qarabağ”ın hesabındadır.

2004/05. “Kazino Breqents” (Avstriya) – “Xəzər Universiteti” - -:+, 1:2
2005/06. “Neftçi” – “Hafnarfyordur” (İslandiya) – 2:0, 2:1
2006/07. “Karvan” – “Spartak” (Slovakiya) – 1:0, 1:0
2009/10. “Honka” (Finlandiya) – “Qarabağ” – 0:1, 1:2
2010/11. “Visla” (Polşa) – “Qarabağ” – 0:1, 2:3
2011/12. “Banqa” (Litva) – “Qarabağ” – 0:4, 0:3
2012/13. “Trans” (Estoniya) – “İnter” – 0:5, 0:2
2013/14. “Metallurq” (Makedoniya) – “Qarabağ” – 0:1, 0:1
2013/14. “Qarabağ” - “Gefle” (İsveç) – 1:0, 2:0