İkinci dəfə 3 mərhələ
09.08.2013 - 00:05
İkinci dəfə 3 mərhələ
Azərbaycan futbolu tarixində 26-cı dəfə klubumuz avrokuboklarda mərhələ adlayıb. Apasport.az saytının məlumatına görə, bu uğurun memarı yenə Ağdamın “Qarabağ” klubudur.

Öz meydanında 1:0 hesabı ilə qalib gəldiyi “Gefle” ilə İsbeçdəki mayçda 2 cavasız qolla qalib gələn Qurban Qurbanovun yetirmələri III təsnifat mərhələsini adladı. Bununla da komanda tarixində 11-ci, mövsümdə 3-cü dəfə mərhələ keçdi. Ağdamlılar 2010/11 mövsümündə 3 mərhələ keçən ilk Azərbaycan klubu olmuşdusa, indi həmin uğuru təkrarlaya bildi.

Avropada mərhələ keçən 7 Azərbaycan klubu arasında mütləq rekordun müəllifi olan “Qarabağ” bütün uğurlarımızın böyük hissəsinin sahibidir Onlar 2 ən yaxın izləyicisi – “Neftçi” ilə “İnter”in birlikdə qazandıqlarından artığını təkbaşına əldə edib.

Azərbaycan klublarının avrokuboklarda keçdiyi mərhələlərin sayı
11 - “Qarabağ” – 1 (1999/2000), 2 (2009/10), 3 (2010/11), 2 (2011/12), 3 (2013/14)
6 - “Neftçi” – 1 (2004/05), 1 (2005/06), 2 (2008/09), 2 (2012/13)
4 - “İnter” – 1 (2004/05), 1 (2008/09), 1 (2012/13), 1 (2013/14)
2 - “Xəzər Lənkəran” - 1 (2012/13), 1 (2013/14)
1 - “Şəmkir” – 1 (2000/01)
1- “Karvan” – 1 (2006/07)
1 - “Bakı” – 1 (2009/10)