Millimizdən ilk, Malta üçün 2 qol
13.08.2013 - 17:50
Sabah Azərbaycan milli komandası Malta yığması ilə yoldaşlıq oyunu keçirəcək. Apapsort.az saytının məlumatına görə, yığmamız 21 illik tarixində ilk dəfə avqustun 14-də meydana çıxacaq. Belə ki, komandamız əvvəllər bu tarixdə rəsmi oyun keçirməyib.
Malta millisi isə artıq 3-cü dəfədir ki, öz oyununu avqustun 14-də keçirəcək. Əvvəlki görüşlərin hər ikisində rəqibləri ada təmsilçisinin qapısından 2 top keçirib. Belə ki, maltalılar 1996-cı ildə İslandiyaya 1:2 hesabı ilə uduzub. Ötən il isə rəqibimiz özü kimi cırtdan ölkə olan San-Marinonu məğlub edib. Lakin yenə 2 qol buraxıb - 3:2. Bu ənənənin davamını gətirmək üçün isə yığmamız da qonaqların qapısına 2 qol vurmalıdır.

0
0