Samir Nəsri : Heç kimi öldürməmişəm
13.08.2013 - 21:14
Yenidən Fransa millisinə dəvət alan “Mançester Siti” klubunun futbolçusu Samir Nəsri maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, ölkəsinin mətbuatına danışan 26 yaşlı yarımmüdafiəçi keçmişdə yaşanan hadisələr üçün məyus olduğunu deyib.
Hərəkətlərinin çox şişirdildiyini bildirib: “Hərəkətlərimə görə, ilk olaraq üzr istəyirəm. Avro 2012-də peşəkarcasına hərəkət etmədim. Belə bir şey bir daha olmayacaq. Artıq gələcəyə köklənmək istəyirəm. Mən heç kimi öldürməmişəm. “2010 Dünya Kubokunda daha pis hadisələr baş vermişdi. Millidən ikinci dəfə şans əldə etdiyim üçün çox şadam”.
Qeyd edək ki, Nəsri 2012-ci ildə Avropa çempionatı çərçivəsində İspaniyaya 2:0 hesabı ilə məğlub olduqları oyundan sonra jurnalistlərlə mübahisə yaşamış və buna görə Fransa Futbol Federasiyası 3 oyunluq cəzalandırmışdı. O vaxtdan bəri futbolçu milliyə çağırılmırdı.

0
0