Təmsilçimiz “Qalatasaray”la bacarmadı
13.08.2013 - 21:53
Təmsilçimiz “Qalatasaray”la bacarmadı
"İnter"in U-12 komandası Türkiyənin Antalya şəhərində keçirilən “The children champion cup Lukoil” yarışında iştirak edir. Apasport.az klub saytına istinadən xəbər verir ki, bu gün turnirin birinci oyunu keçirilib

Təmsilçimiz ilk görüşdə "Mardan" stadionunda "Qalatasaray" klubuyla üz-üzə gəlib. Matçın taleyini Türkiyə komandasının vurduğu bir qoll həll edib və nəticədə "İnter" turnirə məğlubiyyətlə başlayıb - 0:1.

Qeyd edək ki, sabah Vaqif Hidayətovun yetirmələri növbəti görüşünə çıxacaqlar.