Balotelli millidən kənarlaşdırıldı
13.08.2013 - 22:46
İtaliya milli komandasının futbolçusu Mario Balotelli Argentina ilə hazırlıq matçında oynaya bilməyəcək. Apasport.az saytının məlumatına görə, “Milan”ın hücumçusu həftə içində keçirdiyi məşq vaxtı dizindən zədələnib.
Beləliklə Balotelli heyətindən çıxarılaraq klubuna geri göndərilib. Komandanın həkimlərinin açıqlamasına görə, 23 yaşlı oyunçunun elə də ciddi problemi yoxdur və o, yaxın günlərdə tam hazır olacaq.
Qeyd edək ki, Roma papası Fransickin şərəfinə baş tutacaq İtaliya - Argentina görüşü avqustun 14-də Roma Olimpiya stadionunda keçiriləcək.

0
0