“Araz” ilk yoxlama oyununu keçirdi
13.08.2013 - 23:37
Ötən gün Naxçıvan Muxtar Respublika yeni futbol klubu “Araz” ilk yoxlama oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, komanda Neftçalanın eyni adlı klubu ilə qarşılaşıb.
İki I Divizion təmsilçisinin görüşündə qalib müəyyənləşməyib. “Araz”ın yeni stadionunda keçiriləm qarşılaşmada tərəflər meydandan 1:1 hesablı bərabərliklə ayrılıb.
Qeyd edək ki, məhz həmin gün Naxçıvanda əsaslı təmirdən sonra İ.Axundlu adına Muxtar Respublika stadionunun açılışı olub və bu ildən Birinci Diviziona qoşulacaq “Araz” ev oyunlarını burada keçirəcək.

0
0