Ərsun Yanala ciddi etiraz: Futbolçularımızdan əl çək
14.08.2013 - 01:33
“Fənərbaxça” Türkiyənin digər klubu “Əskişəhərspor”un futbolçusu Erkan Zəngini heyətinə qatmaq istəyir. Apasport.az saytının məlumatına görə, Zənginin klubunda isə bu transfer cəhdi ciddi etirazla qarşılaşıb.
Əskişəhər təmsilçisinin Mətbuat Xidmətinin rəhbəri Sıtkı Sarac bu məsələdə “sarı-lacivərdlilər”in baş məşqçisi Ərsun Yanalı günahlandırıb: “Fənərbaxça”nın belə şeylər etməyini istəmirik. Bu işin əsasən Ərsun Yanalla bağlı olduğunu hesab edirəm. Yanal “Əskişəhərspor”dan ayrılanda ona bu barədə xəbərdarlıq etmişdik. Ona futbolçularımızdan əl çəkməsini söyləmişdik. Erkan Zəngini heç bir kluba satmayacağıq. Hətta yaxın vaxtlarda onunla müqaviləmizin müddətini uzadacağıq ”.
Qeyd edək ki, “Fənərbaxça” ötən mövsümün sonu “Əskişəhərspor”dan ayrılan baş məşqçi Yanalla anlaşmış və klubun futbolçusu Alper Potuku da transfer etmişdi.

0
0