Jurnalist “Qalatasaray”ın futbolçusunu məhkəməyə verdi
14.08.2013 - 05:57
“Qalatasaray”ın braziliyalı futbolçusu Felipe Melonu jurnalist həmyerlisi Renato Maurisiyo Prado məhkəməyə verib. Apasport.az saytının məlumatına görə, bu barədə Türkiyə mətbuatı xəbər yayıb.
Onlar “Facebook” sosial şəbəkəsindəki şəxsi profillərindən yazışarkən aralarında mübahisə yaşanıb. Bu yazışmalar vaxtı Melonun onu təhqir etdiyini iddia edən Prado məhkəməyə müraciət edib.
Məlumata görə, təcrübəli yarımmüdafiəçi özünün müdafiə etmək üçün 20 avqusta qədər Braziliyadakı məhkəməyə müraciət etməlidir.
Qeyd edək ki, son iki mövsümü İstanbul klubunda icarə əsasında keçirən Melo bir ay əvvəl 3.7 milyon avro qarşılığında “Yuventus”dan 3 illik transfer olunub.

0
0