“Bu oyun Azərbaycanla rəsmi matça hazırlaşmaq üçün yaxşı imkandır”
14.08.2013 - 08:48
“Bu oyun Azərbaycanla rəsmi matça hazırlaşmaq üçün yaxşı imkandır”
İsrail yığmasının baş məşqçisi Eli Qutman 2014-cü il dünya çempionatının seçmə mərhələsində növbəti rəqibi olan Azərbaycan yığması ilə matça böyük önəm verdiyini bir daha açıqlayıb. Apasport.az saytının məlumatına görə, bu gün Ukrayna yığması ilə Kiyevdə yoldaşlıq görüşü keçirəcək israillilər sentyabrdakı rəsmi oyunlar öncəsi son sınağa çıxır.

Qutman yetirmələrini sentyabrın 7-də millimizlə ev oyunu öncəsi son dəfə iş başında görmək istəyir: “Ukrayna ilə oyun Azərbaycan və Rusiyaya qarşı seçmə mərhələ matçları öncəsi son sınağımızdır. Fikrimcə, yoldaşlıq görüşü bizim üçün çox çətin olacaq. Bu, komandamız üçün öz gücünü yoxlayıb, qarşıdakı rəsmi oyunlara hazırlaşmaq üçün yaxşı imkandır”.