Yığmamız Bolqarıstana uduzdu- YENİLƏNİB
14.08.2013 - 21:53
Yığmamız  Bolqarıstana uduzdu- YENİLƏNİB
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması (U-21) bu gün növbəti yoldaşlıq görüşünü çıxıb. Apasport.az saytının məlumatına görə, Bolqarıstanla səfər qarşılaşması komandamız üçün sentyabrda İsraillə səfərdəki rəsmi oyun öncəsi axırıncı sınaq olub.

Beləliklə, komandamız bu oyunda rəqibinə 3:1 hesabı ilə məğlub olub.

Cari seçmə mərhələyə evdə Makedoniya ilə 0:0 hesablı bərabərliklə başlayan yığmamız növbəti rəsmi matçını sentyabrın 8-də keçirəcək.

Beynəlxalq yoldaşlıq görüşü
14 avqust

Bolqarıstan – Azərbaycan - 3:1
Loveç. “Gradski” stadionu