“Araz” şad xəbər aldı: Klubların yol pulu problemi həll olundu
14.08.2013 - 12:45
AFFA-nın İcraiyyə Komitəsi I divizionda iştirakı gündəmdə olan Naxçıvanın “Araz” klubu ilə bağlı qərar verib. Apasport.az saytının məlumatına görə, qərara əsasən naxçıvanlılar Premyer Liqaya çıxmağa iddialı digər klublarla birlikdə mübarizə aparacaq.
“Araz”ın regional çempionatda çıxış edəcəyi, sonradan həmin yarışın qalibi ilə I divizionun çempionunun görüşəcəyi ehtimal olunurdu. Lakin İcraiyyə Komitəsi bunu məqbul saymayaraq, bütün komandaların birlikdə mübarizəsini lazım bilib.
Düzdür, digər klubların Naxçıvan səfəri ilə bağlı xərcləri üzərinə götürə bilməməsini nəzərə alan AFFA həmin problemi də həll edib. Belə ki, bütün klubların Naxçıvan səfərlərini assosiasiya maliyyələşdirəcək.

0
0